Şrift:
Türk general: “Üçtərəfli görüşün yekun sənədində PYD/PKK terror təşkilatının adının çəkilməməsi Türkiyəni narahat edir” - MÜSAHİBƏ
10.04.2018 [10:26] - Müsahibə
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Kəşfiyyat idarəsinin keçmiş rəisi, istefada olan general-polkovnik İsmayıl Hakkı Pekinin müsahibəsi

- Aprelin 4-də Ankarada keçirilən Türkiyə, Rusiya, İran üçtərəfli zirvəsindən çıxan nəticələri şərh etməyinizi istərdik.

- Üçtərəfli zirvə toplantısının ən mühüm mesajı Qərb ölkələrinə idi: Türkiyə, Rusiya və İran birlikdə hərəkət etdiklərini və bu əməkdaşlığı gələcəkdə də davam etdirmək niyyətində olduqlarını Qərbə, xüsusilə ABŞ-a göstərdilər. Üç ölkə “Suriyada hər şeyin Qərbin istədiyi şəkildə olub-bitməsinə icazə verməyəcəyik” dedi. Gəldiyimiz nöqtədə Astana əməkdaşlığının davam etdiyini görürük. Meydana çıxan tabloda bunu gördük ki, Suriyanın şimalında terror təşkilatının hər hansı idarəçilik strukturu yaradılmasını istəyən yoxdur. Hal-hazırda Suriyada yaxın müttəfiqliyik etdiyimiz İran Afrin hərəkatını bəzi məqamlarda dəstəkləməsə də, əməliyyat tamamilə uğurlu keçi. İran və Rusiya ilə bəzi nöqtələri də razılaşdırıb, əməliyyat halqasını tamamlamalıyıq. Bundan sonrakı mərhələdə Suriya probleminin siyasi baxımdan həlli məsələlərinə önəm veriləcək. Qərb ölkələri də Suriya probleminin prezident Əsədsiz həll edilə bilməyəcəyini gördülər. İndi ABŞ-dan sonra Fransa da bölgədəki proseslərə müdaxilə etməyə çalışır. Yeni mərhələdə Suriya Konstitusiyasının hazırlanması məsələsi gündəmdə əsas yeri tutacaq.
Bu xəbər oxucular tərəfindən 63 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed