Şrift:
Maarifçi Hacı Şıxəli Feyzullahzadənin əsəri çapdan çıxıb
12.04.2018 [12:14] - Gündəm
XX əsrin əvvəlində geniş maarifçilik fəaliyyəti ilə məşğul olan Hacı Şıxəli Feyzullahzadənin “Təzkirətül-övliya” əsəri çap olunub.

Kitab Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan və 1917-ci ildə “Açıq söz” elektrik mətbəəsində işıq üzü görmüş çap nüsxəsi əsasında nəşrə hazırlanıb.

İnstitutdan bildiriblər ki, Hacı Şıxəli Feyzullahzadə ötən əsrin əvvəllərində Bakıda fəaliyyət göstərən “Səadət” mədrəsəsinin müdiri olub və yazıçılıq məharəti ilə fərqlənib. Onun Osmanlı ləhcəsində yazdığı bu kitabda on dörd məsumun həyat və fəaliyyəti əksini tapır.

Kitabı Əlyazmalar İnstitutunun əməkdaşı Rauf Şeyxzamanlı nəşrə hazırlayıb. Bəzi istisnalar nəzərə alınmazsa, müəllif əsərin dil və üslub xüsusiyyətlərini qoruyub saxlamağa çalışıb.
Bu xəbər oxucular tərəfindən 837 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed