Şrift:
Qurban Qurbanovun oğlu Azərbaycan millisinin kapitanı oldu
14.04.2018 [10:38] - İdman
Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı 16 yaşadək futbolçulardan ibarət yığmanın kapitanı təyin olunub.



“Qarabağ”da çıxış edən forvard Azərbaycan millisinin Bosniya və Herseqovinada təşkil olunan UEFA İnkişaf turnirində Xorvatiya kollektivi ilə görüşündə kapitan sarğısı ilə meydana çıxıb. Bu, Q.Qurbanovun 46 yaşının tamam olduğu günə təsadüf edib.

Matç xorvatiyalıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azər Məmmədovun baş məşqçisi olduğu komanda ilk görüşdə Makedoniya yığmasına 2 cavabsız qolla uduzub.
Bu xəbər oxucular tərəfindən 533 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed