Şrift:
Azərbaycanın və Türkiyənin universitetləri arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb
14.04.2018 [10:55] - Türk dünyası-Turan
Aprelin 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Türkiyənin İnönü Universitetinin rektoru, professor Ahmet Kızılay və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.

ADNSU-dan bildirilib ki, görüşdə bu ali məktəbin tarixi, beynəlxalq əlaqələri, tədris prosesi, eləcə də startup məktəbi və Azərbaycan-Fransız Universiteti (UFAZ) haqqında qonaqlara ətraflı məlumat verilib. M.Babanlı ADNSU-nun Azərbaycanda texnikiyönümlü təhsil verən ən köklü ali təhsil ocağı olduğunu vurğulayıb.

ADNSU-nun tarixən əcnəbi tələbələrin sayına görə seçilən ali məktəb olduğunu qeyd edən rektor hazırda universitetdə 450-dən çox əcnəbi tələbənin təhsil aldığını deyib.

Universitetin beynəlxalq əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdıran M.Babanlı Türkiyə ali təhsil müəssisələri və elmi qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

A.Kızılay rəhbərlik etdiyi ali məktəbdə 250-dən çox azərbaycanlı tələbənin təhsil aldığını söyləyib. Əsas hədəflərinin ADNSU ilə qarşılıqlı mübadiləni genişləndirmək və birgə layihələr icra etmək olduğunu deyən A.Kızılay bu ali məktəblə əməkdaşlığın əhəmiyyətinə toxunub.

Görüşün davamı kimi elmi şura üzvləri qarşısında çıxış edən M.Babanlı və A.Kızılay birgə əməkdaşlığın inkişafı istiqamətində atılan addımları yüksək qiymətləndirib və bu sahədə fəaliyyəti genişləndirməyin əhəmiyyətini qeyd ediblər.

Tədbirdə İnönü Universiteti haqqında videotəqdimat nümayiş olunub. Sonda tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb və qonaqlara xatirə hədiyyəsi təqdim edilib.

Daha sonra ADNSU-nun tarix muzeyi, laboratoriyaları və startup məktəbində olan qonaqlar UFAZ-da olub, buradakı tədris prosesi və maddi-texniki baza ilə tanış olublar.
Bu xəbər oxucular tərəfindən 600 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed