Şrift:
Həftəsonu Musiqili Teatrda
14.04.2018 [10:58] - Afişa
Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşaların nümayişi gözlənilir. Qurumun mətbuat xidmətindən bildirilib ki, bu gün saat 19:00-da "Mən dəyərəm min cavana" (F.Sücəddinov, T.Vəliyeva), 14 aprel saat 19:00-da "Baladadaşın toy hamamı" (Elçin, F. Allahverdi), 15 aprel saat 19:00-da "999-cu gecə" (F.Əmirovun musiqiləri və "Min bir gecə" nağıllarının motivləri əsasında) tamaşaları təqdim ediləcək.

Musiqili Teatr həmişə olduğu kimi, bu həftə rusdilli tamaşaçılarını da unutmayıb. Kollektiv 14 aprel saat 12:00-da rusdilli balaca teatrsevərlərin görüşünə rus xalq nağılı "Qoğalın sərgüzəştləri" və 15 aprel saat 12:00-da "Qızıl cücə" (V.Ulanovski, V.Orlov) tamaşası ilə gələcək.
Bu xəbər oxucular tərəfindən 34 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed