Şrift:
“Traxtur”-“Sepidrud” görüşündə milli şüarlar səsləndirilib (video)
14.04.2018 [11:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Aprelin 13-ü yerli vaxtla saat 16:00-da Təbrizin “Traxtur” futbol komandası Rəştdə “Sepidrud”un qonağı olub.



“Sərdar-i cəngəl” stadionunda keçirilən görüşdə çox sayda soydaşımız tamaşaçı qismində stadiona gedib. Əksəriyyəti Rəştdə yaşayan türklərdən ibarət “Traxtur” tərəfdarları oyun zamanı çoxlu milli şüarlar səsləndirib, “Traxtur”u təşviq edən plakatlar qaldırıblar.



“Traxtur” tərəfdarları “Yaşasın Azərbaycan”, “Sən çağırsan gələrəm mən, Sən yaşa Azərbaycan,...” və s. kimi şüarlar səsləndirərək dəfələrlə stadionu lərzəyə gətiriblər.



Super liqa yarışlarının 28-ci həftəsində keçirilən oyun 1:0 hesabı ilə yerli komandanın xeyirinə sona çatıb. “Sepidrud”a qələbə qazandıran qol oyunun 25-ci dəqiqəsində Məhəmməd Qulami tərəfindən vurulub.







Bu xəbər oxucular tərəfindən 175 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed