Şrift:
Səudiyyə Ərəbistanında Ərəb Dövlətləri Liqasının 29-cu sammiti işə başlayıb
16.04.2018 [10:14] - Siyasət
Səudiyyə Ərəbistanında Ərəb Dövlətləri Liqasının 29-cu sammitinin açılışı olub.

Dəhran şəhərində keçirilən yüksək səviyyədə görüşdə Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Əl-Səud, Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Küveyt Əmiri Sabah əl-Əhməd əl-Cabir əl-Sabah, İraq Prezidenti Fuad Məsum, İordaniya Kralı II Abdulla, Fələstin Prezidenti Mahmud Abbas və digər ərəb ölkələrinin liderləri iştirak edirlər.

Sammitə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik işləri üzrə ali nümayəndəsi Federika Mogerini, BMT Baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura da qatılıblar.

Görüşdə İsrail-Fələstin münaqişəsinin nizamlanması, Suriyada vəziyyət, Yəmən və Liviya böhranları, terrorizmə qarşı mübarizə və gündəlikdə duran digər məsələlər müzakirə edilir.
Bu xəbər oxucular tərəfindən 106 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed