Şrift:
Ərdoğan Merkellə ABŞ və müttəfiqlərinin Suriyaya zərbələrini müzakirə edib
17.04.2018 [09:58] - Gündəm, Siyasət
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.
Bu barədə Türkiyə lideri administrasiyasındakı mənbə bildirib.
Məlumata görə, dövlət rəsmiləri ikitərəfli münasibətlər və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Danışıqlarda həmçinin Suriyada kimyəvi silahın tətbiqindən sonra ABŞ, Britaniya və Fransanın bu ölkədə keçirdiyi hərbi əməliyyatlara toxunulub. Liderlər Suriyanın ərazi bütövlüyünün toxunulmazlığını və bu ölkədə siyasi irəliləyişin nizamlanması prosesinin təminatına yönəldilmiş konkret addımların qısa zamanda qəbulu vacibliyini vurğulayıblar.
Bu xəbər oxucular tərəfindən 203 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed