Şrift:
Türkiyə Makrona cavab verib: Haqqın və doğrunun yanındayıq
17.04.2018 [10:01] - Xəbərlər, Türk dünyası-Turan
Suriya siyasətimiz hər hansı bir ölkənin yanında və ya qarşısında olmaq deyil.

Bunu Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ Fransa Prezidenti Emmanuel Makronun “Türkiyə ilə Rusiyanı ayırdıq” açıqlamasını şərh edərkən bildirib.

“Nə Rusiya, nə də ABŞ-la eyni hədəfə can atırıq. Bizim siyasətimiz haqqın və doğrunun yanında olmaqdır. Konvensional silahlarla və ya kimyəvi silahlarla öldürülmək, hər ikisi cinayətdir. Çünki hər iki halda da günahsız insanlar ölür", deyə o bildirib.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Suriya əməliyyatı ilə Türkiyə və Rusiyanı ayırmağa nail olduqlarını açıqlamışdı.
Bu xəbər oxucular tərəfindən 179 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed