Şrift:
Serj Sarqsyan Ermənistanın baş naziri seçilib
18.04.2018 [10:19] - Siyasət
Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan ölkənin baş naziri seçilib.
Aprelin 17-də parlamentdə hökumət başçısı seçkisi keçirilib.
S.Sarqsyan bu vəzifəyə yeganə namizəd olub və seçki alternativsiz şəraitdə baş tutub. Onun namizədliyini parlamentdə 58 deputatı olan Respublikaçılar Partiyası və qanunverici orqanda 7 deputatla təmsil olunan Daşnaksütyun Partiyasından ibarət koalisiya irəli sürüb.
Parlamentdə 9 deputatla təmsil olunan və Nikol Paşinyanın başçılıq etdiyi “Çıxış” müxalifət bloku isə baş nazir seçkilərini boykot edib və səsverməyə qatılmayıblar. Qanunverici orqanda müzakirə və səsvermə keçirilərkən müxalif deputatlar öz tərəfdarları ilə birlikdə Yerevanda S.Sarqsyanın baş nazir olmasına qarşı etiraz aksiyası keçiriblər. Amma müxalifətin mövqeyi nəzərə alınmayıb.
Parlamentin 105 deputatından əksəriyyətinin dəstəyini alan S.Sarqsyan baş nazir olub. Səsvermədə 93 deputat iştirak edib. Onlardan 76-sı Sarqsyanın lehinə, 17-si isə əleyhinə səs verib.
Bu xəbər oxucular tərəfindən 400 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed