Şrift:
Xalq Şairi Məmməd Arazın xatirəsinə həsr edilən poeziya günləri keçiriləcək
18.04.2018 [10:27] - Gündəm, Afişa
Aprelin 20-dən etibarən Xalq Şairi Məmməd Arazın xatirəsinə həsr edilən poeziya günləri təşkil olunacaq. Qazax rayonundan start götürəcək poeziya günlərinin ideya müəllifi Qardaşxan Əzizxanlı bildirib ki, üçüncü dəfə təşkil olunacaq Məmməd Araz poeziya günlərinə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Yazıçılar Birliyi dəstək verir.

“Bu il mərhum şairin anadan olmasının 85 ili tamam olur. Bu münasibətlə Qazax rayonunun Daş Salahlı, Orta Salahlı, Aşağı Salahlı, Sarıvəlli, Birinci Şıxlı, İkinci Şıxlı, Kommuna, Çaylı, Qazaxbəyli kənd, həmçinin şəhər orta məktəblərinin şagirdləri arasında onun şeirlərinin ən yaxşı ifaçısını müəyyənləşdirməkdən ötrü müsabiqə keçirilib. Qaliblər məlumdur. Məmməd Araz poeziya günlərinin açılış mərasimində müsabiqə qalibləri diplom və hədiyyələrlə təltif ediləcək. Tanınmış ictimai xadimlərin, elm, sənət adamlarının, tələbələrin, M.Araz irsinin araşdırıcılarının qatıldığı poeziya günləri geniş ictimaiyyətə çatdırılacaq”, - deyə müsahibimiz söyləyib.

Q.Əzizxanlı, həmçinin bir neçə rayonda keçiriləcək silsilə tədbirlərin M.Arazın doğum günü ərəfəsində onun xatirəsinə həsr olunmuş şeir müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi ilə yekunlaşacağını bildirib.
Bu xəbər oxucular tərəfindən 1095 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed