Şrift:
Yarımçıq qalmış "PEDAQOJİ POEMA"nın fəsillərindən biri-
18.04.2018 [15:33] - Gündəm, DAVAMın yazıları
Hörmətli akademiklər, Sizlər əruz vəznini bilirsinizmi?




Azərbaycanda nüfuzlu ali məktəblərin filologiya fakültələrində dərs deyən professorların özü belə əruzu bilmir.Bir dostumuzun etirafına görə əruzun ən taxşı tədqiqatçılarından biri,görkəmli alim Əkrəm Cəfərin özü soruşulan əsərlərin əruzun hansı növündə olduğunu fikirləşmədən deyə bilmirmiş.

TQDK-nın və onun xələfi DİM-in fəallarından biri- Nizami müəllim bir dəfə Şah İsmayıl Xətayinin hansısa qəzəlinin bəhrini zarafatla axşam vaxtı zəng edib , 5 professor dostundan soruşubmuş.Hamısından fərqli cavab alıbmış.

Bunu təbii hal saymaq olar.
Əruz vəzni, klassik şeir plçüsü Şərq ölkələrində, səhv etmirəmsə, ayrıca fənn kimi bir neçə il keçirilir.Bizim ali məktəblərdə isə əruzu ən yaxşı halda bir semestr ərzində keçirilir.
Əruzu görkəmli muğam ustalarımızın və tanınmış xanəndələrimizin, demək olar ki, heç biri bilmir.Onların çoxunda əruz bilgisi yox, əruz hörgüsü, əruza uyğunlaşma cəhdi var.


Orta məktəb proqramıından əruzu çıxarmaq lazımdır.Mən bu fikri ilk dəfə 1994-cü ildə TQDK-nın fənn komissiya sədri kimi ilk ilk iclasda-seminarda demişəm.İclasda bu fikrə etiraz edən olmadı.Hətta bir professor isə iclasdan sonra mənə yaxınlaşıb,səmimiyyətlə etiraf etdi ki, o da əruzu bilmir.

Kimsə əruzun proqramdan çıxarılması təklifihinin, orta məktəblərdə klassik irsimizin öyrənilməsinə maneçilik törədə biləcəyini deyə bilər. Bu fikrə qəti şəkildə etiraz edənlər də tapıla bilər.

...S.Ə.Şirvaninin (1835-1888) maraqlı qəzəllərindən biri-



"Necə həmtay tutum hər büti-zibayə səni,

Vermərəm tanrı bilir, cümlə bu dünyayə səni"-



mətləli İbaşlanğıc beytli) qəzəli orta məktəb proqramına daxil ediləndə, mən ədəbiyyat proqramı komissiyanın üzvü və Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının bölmə üzvü kimi bu təklifə etiraz etdim.Fikrimi mənə aydın olan cəhətlərlə izah etdim.

Bu qəzəl məhəbbət mövzusunda yazılsa da, bu məhəbbət başqa məhəbbətdir.Orta məktəb şagirdləri üçün zərərli olan məqamlarla ilgilidir.

Şair gözəlliyə olan sevgi və məhəbbətini, gözəlliyə estetik münasibətini kef məclisinin ağlın ceyrəkləşdiyi bir məqamda yazmışdır. Qəzəlin mətlə -burada sonuncu beytində bu fikir aydın ifadə edilmişdir:

Nə edər arizuyi-hur,nə gülzari-behişt,

Versələr bir gecə bu Seyyidi-şeydayə səni....



(Seyid Əzim Şirvani.Əsərləri,3 cilddə. I cild,səh. 574.

Azərbaycan SSR EA Nəşriyyatı.Bakı,1967)

Qəzəlin son beytində -məqtə beytində orijinalda olan "bir gecə bu" sözlərinin

"gərçi ki" dil vahidi llə əvəzlənməsi misradakı təfilələrin qəlibini pozmuşdur ki,bu da əruzun tələblərinə ziddir.Belə ki,misradakı təfilə(əruzdakı misradaxili bölgü-N.N.) dəyişəndə,təbii ki, bəhr də dəyişilir.

Mən bunu TQDK-nın seminarına dərsliklərin monitorinqinə gələn X sinfin ƏDƏBİYYAT dərsliyinin müəlliflərindən biri olan hörmətli professor dostum Teymur Kərimliyə dedikdə,o da dediklərimlə razılaşdı və dərsliyin növbəti nəşrində bu faktın mütləq nəzərə alınacağını əminliklə bildirdi.Təəssf ki, məzkur səhv sonrakı nəşrlərdə də getmişdir.

Klassık ədəbiyyatdakı şeirləri sətri tərcümə etmək yolu ilə də öyrətmək olar.Onsuz da Nizami kimi nəhəng şairimzin əsərlərinin çoxunu biz rus dilindən, kiçik bir hissəsini isə fars bilinidən edilən tərcümələr əsasında öyrənirik.Təəssüf ki,tərcümələrin çoxunda lüzumsız sərbəstliyə və qüsurlara yol verilmişdir. Nizaminin "Leyli və Məcnun" poemasının tərcüməsi isə tərcümə əsəri yox, orijinal əsər təsiri bağışlayır. Əlbəttə, bu, S.Vurğunun Azərbaycan dilinin leksik imkanlarından və tərcüməçinin özünün anadilli poetik qüdrətindən xəbər verir.
O ki qaldı,ana dilimizdə yazılan klassik şeirlərə,onları əruzu yada salmadan da öyrətmək və öyrənmək olar.

Mən bu sətirləri yazanda yadıma "Mölla Nəsrəddin satirik jurnalının keçən əsrin 20-ci illərindəki bir karikaturası düşdü.

Arxivimdən həmin şəkli tapa bilmədim.Məzmunu və görünüşü belə idi.Lüzımmsuz fənn kitablarının ağrlığından belində kitab yükü olan bir şagird yarıya qatlanmışdır.Bu kitab və material qobluqları onun belini əymiş,irəliyə hərəkətini çətinləşdirmişdir. Bugünkü ədəbiyyat dərslərində öyrədilən bəzi materiallar, o cümlədən əruz və onun çətin başa düşülən terminlərlə dolu qovluqları da hələ bel sütünu möhkəmlənməyən şagirdi ağır yük altına salmışdır.

Şagirdləri bu lüzumsuz yüklərdən kim xilas etməlidir?



Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,

Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdçüsü,

türkoloq.



Bakı.

18.04.2018.
Bu xəbər oxucular tərəfindən 664 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed