Şrift:
Ərdoğan: "Suriyada terrorçuların bütün tunellərini fransız şirkətləri düzəldib"
21.04.2018 [10:37] - Gündəm, Hərb
“Afrində 4 250, İraqın şimalında 346, ölkə daxilində isə 236 terrorçu zərərsizləşdirilib".

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Seysmoloji Araşdırma İnstitutunun 150 illiyinə həsr olunan toplantıda bildirib.

“NATO-da Fransa ilə bir yerdəyik. Ancaq Suriyada terrorçuların bütün tunellərini fransız şirkətləri düzəldib, ABŞ isə terrorçulara 5 min karqo silah verib. Belə bir tablo ilə üz-üzəyik. Bütün bunların arxasında olanları bilirik”, - Türkiyə prezidenti vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 662 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed