Şrift:
Nadir Qazipur nazirliyi “Qanun” qəzetinə qarşı tədbir almağa çağırıb
21.04.2018 [10:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmiyənin İran parlamentindəki millət vəklili Nadir Qazipur Tehranda çap olunan “Qanun” qəzetinin Azərbaycan türkləri və ana dilinə qarşı mövqeyinə sərt etiraz bildirib.



Ərdəbilin İran parlamentindəki millət vəkili Südeyif Bədri parlamentdə ana dilinin tədris ilə bağlı imza toplandığını açıqladıqdan sonra “Qanun” qəzeti aprelin 18-də ana dilinə qarşı məqalə dərc etmişdir.



Bu barədə qəzetdə “Qövmlərin uçurumu təlimi” başlığı ilə yayılan məqalədə İranda ana dilinin tədris olunması ölkə təhlükəsizliyinin əleyhinə olan amil kimi xarakterizə edilib, onun konstitusiyanın 15-ci maddəsinə uyğun gəlmədiyi də qeyd olunub.



AntiAzərbaycan mövqeyi ilə seçilən qəzetdə belə bir məqalə yayıldıqdan sonra Nadir Qazipur İran İslami İrşad və Mədəniyyət nazirinə məktub ünvanlayaraq “Qanun” qəzetinə qarşı dərhal tədbir görməyi tələb edib. Məktubda bildirilib ki, “bu qəzet türklərin ana dilinə və türk bölgələrinin millət vəkillərinə qarşı davamlı olaraq həqiqəti əks etdirməyən yazılar dərc edir. Ona görə də qəzetə qarşı tədbir görülməlidir.”

Sözügedən məqalədə həmçinin qeyd olunub ki, millət vəkilləri bölgələrdən səs ala bilsinlər deyə belə bir təşəbbüslə çıxış edirlər.



“Qanun” qəzeti ana dilinin tədrisi ilə bağlı təşəbbüsünə görə Ərdəbilin millət vəkili südeyif Bədrini qanunu bilməyən millət vəkillərindən biri kimi təqdim edib.



Məqalədə qeyd olunub ki, “ana dilinin tədrisini pantürkistlər istəyir. Onlar ana dilində təhsil hüququndan bəhrələnərək siyasi divident əldə etməyə çalışır.”



“Qanun” qəzeti hətta Zəncan Əyaləti Təhsil Şöbəsinin əməkdaşlığı ilə Məhəmmədrza Kəriminin tədris üçün qələmə aldığı “Ana dili” kitabınada dözümsüzlük nümayiş etdirib. Tanınmış araşdırmaçı yazıçını Təhsil Şöbəsinin xoşgörüsünü saxtalaşdırmaqda ittiham edən qəzet bu kitabın Təhsil Şöbəsi ilə əlaqəsi olmadığını, onun pantürkistlər tərəfindən yazıldığını bildirib.



“Qanun”qəzeti bundan əvvəl də Azərbaycan və türk milətinə qarşı oxşar mövqe sərgiləyib. Qəzet ötən il yaydığı bir yazıda qeyri-fars dillərin sıradan çıxarılmasını İranın ümumi və milli siyasətinin gərəyi kimi dəyərləndirmişdir. Qəzet İranda türk dilinin məhv olunmasını təqdir edərək bildirmişdir ki, “Urmiyə və ya digər şəhərdə bir uşağın farsdilli olmasından qorxmayın. Tam əksinə, bu diyarın uşaqları farsca danışarsa, bu o demeəkdir ki, milli siyasət öz bəhrəsini verib.”
Bu xəbər oxucular tərəfindən 640 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed