Şrift:
Kabildə ölənlərin sayı 55-i ötüb
23.04.2018 [10:47] - Gündəm, Hadisə
Əfqanıstanın paytaxtı Kabildə seçicilərin qeydiyyat mərkəzinin qarşısında törədilən partlayış nəticəsində ölənlərin sayı 57 nəfərə çatıb.

Bu barədə “1TV” telekanalı Əfqanıstan Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb. Partlayış nəticəsində 119 nəfər yaralanıb.

Qeyd edək ki, Kabildə seçici qeydiyyat mərkəzi qarşısında terrorçu-kamikadze tərəfindən törədilən partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.
Bu xəbər oxucular tərəfindən 453 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed