Şrift:
Türkiyənin Milli Suverenlik və Uşaqlar Günü qeyd olunur
23.04.2018 [10:54] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyədə 23 aprel - Milli Suverenlik və Uşaqlar Günü təntənəli şəkildə qeyd olunur.

Bu münasibətlə Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, Baş nazir Binəli Yıldırım, təhsil naziri İsmət Yılmaz və digər rəsmi şəxslər Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını ziyarət ediblər. Anıtqəbir önünə əklil qoyulub.

Milli Suverenlik və Uşaqlar Günü münasibətilə ölkənin hər yerində bayram şənlikləri, beynəlxalq uşaq festivalları və s. mərasimlər təşkil olunub.

Xatırladaq ki, 1920-ci il aprelin 23-də Türkiyə Böyük Milli Məclisi çağırılıb. 1921-ci ildə həmin gün milli bayram elan olunub, 1927-ci ildən isə bu tarix həm də Uşaqlar Günü kimi qeyd olunur.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul
Bu xəbər oxucular tərəfindən 466 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed