Şrift:
“Traxtur”-“Sənət-i Neft” görüşü bərabər hesabla sona çatdı
23.04.2018 [11:04] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu gün Təbrizin Səhənd stadionunda bu şəhərin “Traxtur” futbol komandası ilə Abadanın “Sənət-i Neft” takımı arasında keçirilən görüş 1:1 bərabər hesabla sona çatıb.

İran üzrə futbol klublarının super liqa yarışlarının 29-cu həftəsində keçirilən görüş Təbriz vaxtı ilə saat 18:00-da başlayıb. Qarşılıqlı hücumlarla davam edən oyunun 37-ci dəqiqəsində hesab açılıb, birinci qol “Sənət-i Neft” komandasının oyunçusu Aqusto Sezar tərəfindən vurulub. Danyal İsmailifər isə 59-cu dəqiqədə bir qol vuraraq hesabı bərabərləşdirib.

Bununlada “Traxtur”-“Sənət-i Neft” görüşü 1:1 bərabər hesabla sona çatıb.

Bundan öncə “Traxtur”un Asiya Çempionlar Liqası çərçivəsində keçirilən oyunda Qətərin “Əlğərafə” komandasına uduzması bir çox qalmaqala səbəb olmuşdur, bunun nəticəsində klubun icraçı direktoru Mustafa Acorlu öz vəzifəsindən uzalaşdırılmışdır. Son günlərdə Abbas İlyasi klubun yeni icraçı direktoru kimi rəsmi fəaliyyətinə başlayıb.
Bu xəbər oxucular tərəfindən 374 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed