Şrift:
Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək
24.04.2018 [10:06] - Gündəm, İdman
Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsinə start veriləcək.
İlk görüşlər iki günü əhatə edəcək.
Birinci oyun günündə İngiltərənin "Liverpul" klubu doğma azarkeşlər önündə İtaliyanın "Roma" komandası ilə üz-üzə gələcək. "Liverpul" 1/4 final mərhələsində İngiltərənin "Mançester Siti" klubunu çətinlik çəkmədən mübarizədən kənarlaşdırıb - 3:0, 2:1. "Roma" isə İspaniyada 1:4 hesabı ilə məğlub olduğu "Barselona"nı 3:0 hesablı ev qələbəsi və səfər qolu sayəsində üstələyib.
Hazırda "Liverpul"da çıxış edən Məhəmməd Salah 2015 - 2017-ci illərdə "Roma"nın formasını geyinib. Misirli hücumçu məhz "sarı-qırmızı" formanı "qırmızı"ya dəyişib.
"Liverpul" 1984-cü il Çempionlar Kubokunun finalında "Roma"nı əsas vaxtı 1:1 hesabı ilə yekunlaşmış görüşdə penaltilər seriyasında 4:2 hesabı ilə yenib.
6-cı qitəmiqyaslı kubokunu hədəfləyən "Liverpul" bugünkü görüşdə 4 futbolçusunun xidmətindən yararlana bilməyəcək. Komandanın heyətində Joel Matip, Emre Can, Adam Lallana, Nataniel Klayn zədə səbəbindən iştirak etməyəcək. "Roma"da isə iki futbolçu zədəlidir. Paytaxt klubu Rik Karsdorf və Qrequar Defrelin xidmətindən yararlana bilməyəcək.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər qarşılaşması sabah keçiriləcək. Almaniyanın "Bavariya" klubu evdə İspaniyanın "Real Madrid" komandasını sınağa çəkəcək.
Çempionlar Liqası
1/2 final, ilk oyun
24 aprel
22:45. "Liverpul” (İngiltərə) – "Roma” (İtaliya)
Baş hakim: Feliks Brıx (Almaniya)
Liverpul, "Enfild" stadionu
Bu xəbər oxucular tərəfindən 655 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed