Şrift:
Prezident Türkiyəyə gedir
24.04.2018 [10:10] - Siyasət
Azərbaycan Prezidenti İlham Əliyev 24-25 aprel tarixlərində Türkiyəyə səfər edəcək.

Bu barədə Türkiyə prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan VII Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcəklər.

Bildirilir ki, keçiriləcək görüşlərdə Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin daha da dərinləşdirilməsi, beynəlxalq və regional məsələlər müzakirə olunacaq.
Bu xəbər oxucular tərəfindən 419 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed