Şrift:
Əbülfəz Elçibəyin 80 illik yubileyi üzrə İşçi Qrupun toplantısı keçirilib
25.04.2018 [10:18] - Xəbərlər, Siyasət
Azərbaycanın keçmiş Prezidenti, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin 80 illik yubileyi üzrə İctimai Təşkilat Komitəsinin İşçi Qrupunun toplantısı keçirilib.
Toplantıda İşçi Qrupun iş planı təsdiq edilib və görüləcək işlərlə bağlı müzakirələr aparılıb.
İlkin müzakirələrin nəticəsində qərara alınıb ki, Ə.Elçibəyin 80 illik yubileyi ilə bağlı təntənəli yubiley tədbirinin keçiriləcəyi yer kimi Heydər Əliyev Sarayının ayrılması üçün ölkə rəhbərliyinə və müvafiq dövlət qurumlarına müraciət edilsin. Bundan başqa, digər bir tədbirin “Məhsul” stadionunda - açıq hava şəraitində kütləvi yubiley tədbirinin - mitinqin keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilməsi də qərara alınıb.
Bu xəbər oxucular tərəfindən 382 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed