Şrift:
Paşinyan: "Etiraz aksiyaları davam edəcək"
25.04.2018 [10:19] - Gündəm, Siyasət
Ermənistan müxalifətinin lideri Nikol Paşinyan bildirib ki, ölkənin yeni dövlət başçısı hakim partiyadan deyil, xalq arasından seçilməlidir.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
O, qeyd edib ki, yaxın vaxtlarda parlamentə növbədənkənar seçkilər keçirilməlidir. Bu tələblər yerinə yetirilənə qədər aksiyaçılar küçələrdə qalacaqlar.
Bildirilir ki, Paşinyan bu barədə ölkənin baş naziri vəzifəsinin səlahiyyətlərini müvcəqqəti icra edən Karen Karapetyanla sabah - çərşənbə günü nəzərdə tutulan görüş ərəfəsində bildirib. Paşinyanın rəhbərlik etdiyi partiyanın mətbuat katibi Tiqran Avinyan isə bildirib ki, tərəflər arasında görüş təxirə salınıb. Onun nə vaxt baş tutacağı isə məlum deyil.
Bu xəbər oxucular tərəfindən 107 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed