Şrift:
Ötən gün yol qəzalarında 3 nəfər ölüb
25.04.2018 [10:19] - Hadisə
Aprel ayının 24-dən 25-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 103 cinayət faktı qeydə alınıb, onların da 24-ü “isti izlər”lə açılıb, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 7 nəfər, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.
Bu xəbər oxucular tərəfindən 497 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed