Şrift:
Bakıda keçiriləcək “Formula 2” yarışının təqvimi açıqlanıb
26.04.2018 [11:03] - Gündəm, İdman
Bakıda keçiriləcək FIA “Formula 2” yarışının təqvimi açıqlanıb.
F2 pilotları Bakı Şəhər Halqasını birinci yarışda 29, ikinci yarışda isə 21 dövrə vurmalıdırlar. Aprelin 27-də saat 11:00-dan 11:45-dək sərbəst yürüşlər, saat 15:00-dan 15:30-dək sıralanma turu və saat 15:45-də mətbuat konfransı keçiriləcək.
Aprelin 28-də saat 12:00-da birinci yarış, saat 13:20-də mətbuat konfransı olacaq. Ertəsi gün isə saat 13:10-da ikinci yarış, 14:15-də sonuncu mətbuat konfransı reallaşacaq.
Bu il “Formula 2” çempionatında 10 komanda yarışır. Hər komandada 2 pilot olmaqla, ümumilikdə, 20 nəfər mübarizə aparır. Builki mövsüm 12 turdan ibarətdir. Hər tur bir Qran Pri həftəsonunu əhatə edir və həmin vaxt 2 yarış baş tutur.
Artıq “Formula 2” çempionatının ilk turu keçirilib. İlk turun 1-ci yarışında “Carlin” komandasının pilotu Lando Norris, 2-ci yarışında isə “Russian Time” komandasının pilotu Artyom Markelov qələbə qazanıb. Hazırda xal cədvəlində ilk sırada 39 xalla Norris yer alır. Onu 30 xalla Markelov və 28 xalla “Carlin” komandasının pilotu Serjio Setta Kamara izləyir.
Komandalar və pilotlar:
1. Artyom Markelov və Tadasuke Makino (“Russian Time”)
2. Şon Qelael və Nik de Vris (“Prema Powerteam”)
3. Aleksandr Olbon və Nikolas Latifi (“Dams”)
4. Cek Aytken və Corc Rassel (“Art Grand Prix”)
5. Roberto Meri və Ralf Boşunq (“MP Motor Sports”)
6. Maksimilian Günter və Nirey Fukudzumi (“BWT Arden”)
7. Luka Qotto və Roy Nissani (“Campos Vexatec Racing”)
8. Arcan Meyni və Santino Ferruççi (“Trident”)
9. Serxio Sette Kamara və Lando Norris (“Carlin”)
10. Lui Deletraz və Antonio Fuoko (“Charouz Racing System”)
Xatırladaq ki, ötən il Bakıda baş tutmuş “Formula 2”nin ilk yarışında “Pertamina Prema Theodore Racing” komandasının pilotu Şarl Lekler, ikinci yarışında isə “BWT Arden" komandasının pilotu Norman Nato qələbə qazanıb.
Bu xəbər oxucular tərəfindən 35 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed