Şrift:
Azərbaycanın iki boksçusu Avropa birinciliyinin finalına yüksəlib
26.04.2018 [11:20] - İdman
İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında Avropa birinciliyinin finalçıları müəyyənləşib. Azərbaycan millisinin yarımfinala yüksələn 2 boksçusu bu mərhələni də qələbə ilə başa vurub.

Vaqif Şirinovun yetirmələrindən Nurlan Səfərov (60 kq) finala gedən yolda hollandiyalı Peer van Casla üz-üzə gəlib. Boksçumuz rəqibinə heç bir şans verməyib və 5:0 hesabı ilə qələbə qazanıb. O, həlledici qarşılaşmada ukraynalı Taras Bondarçukla qüvvəsini sınayacaq.

Yığmamızın 69 kiloqram çəki dərəcəsindəki təmsilçisi Nicat Həsənov da adını finala yazdırıb. Həmyerlimiz yarımfinalda şotlandiyalı Samuel Hikkini mübarizədən kənarlaşdırıb. O, gərgin keçən döyüşdə 3:2 hesabı ilə qalib gəlib. N.Həsənov çempionluq uğrunda rusiyalı Cambulat Bijamovla qarşılaşacaq.

Qeyd edək ki, final döyüşləri aprelin 25-də keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 153 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed