Şrift:
Marağa Universitetində Füzulişünaslıq və Şeir Gecəsi keçirilib
26.04.2018 [11:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanşünaslıq Ocağı Marağa Universitetində iki bölümdə Füzulişünaslıq və Şeir Gecəsi konfransı təşkil edib. Tədbir öyrəncilər və universitet müəllimləri tərəfindən böyük rəğbətlə qarşılanıb.

“Marağa Universitetinin millətçi öyrənciləri” Teleqram Kanalının yaydığı məlumatda bildirilir ki, birinci bölümdə dahi Azərbaycan şairi, böyük mütəfəkkir Həkim Molla Məhəmməd Füzulinin həyatı və əsərlərindən söz açılıb və bir neçə şeiri oxunub. Bundan sonra beynəlxalq şeir və musiqi festivallarında münsiflər heyətinin üzvü kimi çıxış edən ustad Nemət Cavanşir böyük şair Məhəmməd Füzulinin şeirlərini təhlil edərək bu barədə geniş məlumat verib.

Əvvəldən nəzərdə tutulduğu kimi, konfransın ikinci bölümündə eyni salonda Şeir Gecəsi keçirilib. Məlumata görə, ilk öncə tədbir üçün təqdim olunan şeirlər oxunub, onlardan 3-ü münsiflər heyəti tərəfindən seçilmiş əsər kimi elan olunub.

Şeir Gecəsində ustad Əmin Cövdət qopuz çalaraq konfrans iştirakçılarında zəngin təəssürat yaradıb.

2.5 saat davam edən tədbirdə ilk dəfə olaraq azərbaycanlı bir xanım milli geyimlə rəsmi bir tədbirə qatılıb. Bu Azərbaycanşünaslıq Ocağının fəaliyyət müddəti və hətta Marağa Universitetinin tarixində bir ilkdir.

[media=https://www.gunaz.tv/uploads/tedbir1%20(2).jpg]
Marağa Universitetində Füzulişünaslıq və Şeir Gecəsi keçirilib
Bu xəbər oxucular tərəfindən 168 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed