Şrift:
Gürcüstandakı Azərbaycan şirkətlərinin birliyinə yeni rəhbər seçilib
27.04.2018 [10:08] - Borçalı
Azərbaycanın Gürcüstandakı səfirliyində bu ölkədə fəaliyyət göstərən Azərbaycan Şirkətləri və İş adamlarının AZEBİ İctimai Birliyinin İdarə Heyətinin toplantısı keçirilib.

Tədbirdə AZEBİ-yə icraçı direktor vəzifəsinə səsvermə yolu ilə Nəriman Qurbanov seçilib.

Bununla yanaşı sözügedən təşkilatın yeni İdarə Heyətinin üzvləri də seçilib. Həmçinin tədbirdə AZEBİ-nin gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.

Qeyd edək ki, AZEBİ 2009-cu ildə yaradılıb.
Bu xəbər oxucular tərəfindən 1508 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed