Şrift:
Bakıda türk musiqiləri səsləndirilib
27.04.2018 [10:17] - Türk dünyası-Turan
Aprelin 26-da Bakı Yunus Əmrə İnstitutunda Seyhan Karakaş və Minə Bakırın təqdimatında konsert proqramı təqdim edilib.

Tədbirdə iştirak edən Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi belə tədbirlərin iki qardaş xalq arasında dostluq əlaqələrinin inkişafına böyük töhfə olduğunu söyləyib.

İnstitutun direktoru Cihan Özdemir tələbələrin mənəvi inkişafında mədəniyyət tədbirlərinin böyük rolu olduğunu söyləyib.

Tədbirdə türk sənətçisi Seyhan Karakaşın ifasında qədim tarixə malik türk musiqi nümunələri səsləndirilib. Həmin mahnıların dinləyicilərə tanıdılması üçün Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin məzunu, əslən Türkiyədən olan Mina Bakır ətraflı məlumat verib.

Təqdim olunan konsertdə “Sənə nə oldu könül, şad olmayırsan?”, “Unutturamaz”, “Mümkünmü unutmaq gözəlim ismini” və digər musiqi nömrələri və onların yaranma tarixi haqqında söylənən əhvalatlar tamaşaçıların marağına səbəb olub.
Bu xəbər oxucular tərəfindən 469 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed