Şrift:
Futbol üzrə Premyer Liqada XXV turun son oyunu keçirilib
30.04.2018 [10:34] - İdman
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun son oyunu keçirilib.
"Kapital Bank Arena"da "Sumqayıt" və"Səbail" komandaları qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Səbail" hər iki qolu ilk yarıda vurub. 30-cu dəqiqədə Faruk Mika, bundan 8 dəqiqə sonra Aqşin Qurbanlı fərqlənib.
"Sumqayıt"ın təsəlli qoluna ikinci hissədə meydana daxil olmuş Amil Yunanov 76-cı dəqiqədə imza atıb.
Bununla da xallarını 23-ə çatdıran "Səbail" 7-ci pillədə qalsa da, 13 xalla sonuncu pillədəki "Kəpəz"in I Diviziona enişini rəsmiləşdirib. "Sumqayıt" isə "Neftçi" və "Zirə"nin məğlubiyyətlərindən yararlana bilməyib. Hazırda bu komanda 39 xalla 3-cü pillədə olsa da, mövqeyini itirmə təhlükəsi ilə üz-üzədir.
Qeyd edək ki, turun ilk 2 oyun günündə hər 3 qarşılaşmaşda 3 qol vurulub. "Qarabağ" səfərdə "Zirə"yə, "Keşlə" evdə "Neftçi"yə 2:1, "Qəbələ" isə doğma meydanda "Kəpəz"ə 3:0 hesabı ilə qalib gəlib.
Azərbaycan Premyer Liqası, XXV tur
29 aprel (bazar)
19:00. "Sumqayıt” – "Səbail” 1:2
Qollar: Amil Yunanov, 76 - Faruk Miya, 30. Aqşin Qurbanlı, 38
Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Azər Əsgərov, Ramil Diniyev
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Kərim Ağayev
"Kapital Bank Arena”
Qeyd edək ki, turun ilk 2 oyun günündə hər 3 qarşılaşmaşda 3 qol vurulub. "Qarabağ" səfərdə "Zirə"yə, "Keşlə" evdə "Neftçi"yə 2:1, "Qəbələ" isə doğma meydanda "Kəpəz"ə 3:0 hesabı ilə qalib gəlib.
Bu xəbər oxucular tərəfindən 374 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed