Şrift:
Rusiya türklər üçün viza rejimini ləğv etmək istəyir
30.04.2018 [10:44] - Gündəm, Türk dünyası-Turan
"Rusiya və Türkiyə iki ölkə arasında viza rejiminin yüngülləşdirilməsi ilə bağlı konkret addımlar atır".

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı və türkiyəli həmkarları ilə apardığı üçtərəfli danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Rusiya XİN başçısı bu gün viza məsələsinin türkiyəli həmkarı ilə müzakirə etdiyini söyləyib: "Həmkarımla Rusiya və Türkiyə arasında viza rejiminin yüngülləşdirilməsinə dair məsələləri müzakirə etdik. Rusiya tərəfi bir müddət əvvəl bir neçə konkret addımlar atmağı təklif edib. Birincisi, xidməti pasport sahibləri üçün vizasız rejimin tətbiq olunmasıdır. İkincisi isə beynəlxalq avtomobil daşımalarında işləyən sürücülərin sərhədi vizasız keçməsinin təmin olunmasıdır".

S. Lavrov Moskvanın yüngülləşdirilmiş viza rejimindən istifadə edəcək vətəndaşların siyahısını genişləndirməyi planlaşdırdığını da söyləyib: "Ölkələrimiz hazırda ciddi terror təhlükəsi altındadır. Bununla əlaqədar əlbəttə ki, bizim müvafiq orqanlarımızın əcnəbi döyüşçülərin izlənilməsi ilə bağlı maksimal dərəcədə əməkdaşlıq etməsi vacibdir. Razılaşdıq ki, ölkəyə girişinə qadağa qoyduğumuz şəxslər barədə vaxtında məlumat mübadiləsi aparacağıq".

Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu ölkəsinin Rusiya ilə viza rejiminin tamamilə ləğv edilməsində maraqlı olduğunu söyləyib: "Biz bundan çox şad olarıq. Lakin Rusiya tərəfi nədənsə başlamağı təklif edib. Bu, birinci addımdır. Mən Lavrovla görüşəndə Rusiya vətəndaşlarının Türkiyəyə daxili pasportla səfər edə bilməsi təşəbbüsü ilə çıxış etdim. Biz, həqiqətən də bu məsələdə kifayət qədər irəliləmişik. Yenidən bu məsələyə qayıtmaq istərdik, lakin mərhələli olaraq, əlbəttə ki... Ankara və Moskva arasında olan müsbət münasibətlər nəzərə aldıqda, bu, çox vacibdir.
Bu xəbər oxucular tərəfindən 318 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed