Şrift:
Senat Riçard Morninqstarın ABŞ-ın Azərbaycandakı səfiri postuna təyin olub
30.06.2012 [14:38] - Siyasət
Yeni səfirin yaxın həftələrdə Azərbaycana gələcəyi gözlənilir
ABŞ Senatının iyunun 29-da keçirilmiş ümumi yığıncağında Riçard Morninqstarın ABŞ-ın Azərbaycanda səfiri postuna namizədliyi təsdiqləyib.

APA-nın Senatın rəsmi saytına istinadən verdiyi məlumata görə, R. Morninqstarla yanaşı, ABŞ-ın daha 10 ölkədə səfiri təsdiqlənib.

Prosedura görə, namizədliyi Senat tərəfindən təsdiqlənən səfir ABŞ Dövlət Departamentində and içdikdən sonra təyinat aldığı ölkəyə yollanır.

R. Morninqstarın yaxın həftələrdə Azərbaycana gələcəyi gözlənilir.

Qeyd edək ki, prezident Barak Obama bu il aprelin sonunda ABŞ Dövlət Departamentinin Avrasiyada enerji məsələləri üzrə xüsusi nümayəndəsi R. Morninstarın ABŞ-ın Azərbaycanda səfiri postuna namizədliyini irəli sürüb. ABŞ Senatının xarici əlaqələr komitəsi iyunun 19-da bu namizədliyi bəyənib.
Bu xəbər oxucular tərəfindən 1068 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed