Şrift:
Bu gün Çempionlar Liqasında digər finalçı müəyyənləşəcək
02.05.2018 [10:16] - Gündəm, İdman
Bu gün futbol üzrə Çempionlar Liqasında digər finalçı müəyyənləşəcək.
İlk finalçı olan "Real Madrid”in (İspaniya) rəqibi İtaliyada "Roma” ilə "Liverpul” (İngiltərə) komandalarının duelində bəlli olacaq.
Ötən həftə evdə rəqibini 5:2 hesabı ilə məğlub edən mersisaydlılar cütün taleyini ilk görüşdə də həll edə bilərdilər. Yugren Kloppun rəhbərlik etdiyi kollektiv 69-cu dəqiqəyə qədər Məhəmməd Salahla Roberto Firminonun dublu, Sadio Manenin 1 qolu ilə öndə olsa da, son dəqiqələrdə 2 qol buraxaraq, rəqibi ümidləndirib.
Yarışın 1/4 finalında səfərdə İspaniya "Barselona”sına 1:4 hesabı ilə uduzmasına rəğmən, cavab qarşılaşmasında 3 cavabsız qolla qalib gələn "canavarlar” eyni möcüzəni "Liverpul”la qarşılaşmada etmək istəyirlər.
"Roma”nın heyətində zədəlilər - Rik Karsdorp və Qrequar Defrel meydana çıxa bilməyəcək. Kevin Strootman ilə Dieqo Perottinin durumu sual altındadır. Adam Lallana, Emre Can, Aleks Oksleyd-Çemberlen və Joel Matip zədə üzündən "Liverpul”a kömək etməyəcəklər. Cordan Hendersonun oynayıb-oynamayacağı isə dəqiq bilinmir.
Daha əvvəl "Real Madrid" Almaniya "Bavariya"sını iki oyunun yekununda (2:1, 2:2) üstələyərək, finala adlayıb. Final matçı mayın 26-da Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək.
Çempionlar Liqası, yarımfinal, cavab oyunu
2 may
22:45. "Roma” (İtaliya) – "Liverpul” (İngiltərə)
Baş hakim: Damir Skomina (Sloveniya)
İlk oyun – 2:5.
Bu xəbər oxucular tərəfindən 586 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed