Şrift:
Bakıda mənzillərin qiyməti ucuzlaşdı
02.05.2018 [10:26] - Gündəm, Sosial
2018-ci ilin mart ayında Bakıda mənzillərin qiymətində ucuzlaşma qeydə alınıb.

Bunu "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, təkrar mənzil bazarında qiymətlərdə ay ərzində azalma 3.63 faiz olub. İllik müqayisədə isə təkrar mənzil bazarında qiymətlərdə azalma 3.27 faiz təşkil edib.

Ekspert ay ərzində ilkin mənzil bazarında da qiymətlərin azaldığını qeyd edib. Onun sözlərinə görə, ilkin mənzil bazarında ay ərzində 1.12 faiz azalma, il ərzində isə 5.5 faiz artım olub.

N.İbrahimov qeyd edib ki, mart ayı ərzində qiymətlərin azalması bazarda aktivliyin aşağı düşməsi ilə bağlıdır: "İnsanlar evi daha çox kredit hesabına alırlar və kredit portfelinin azalması bazara öz təsirini göstərib”.
Bu xəbər oxucular tərəfindən 519 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed