Şrift:
Azərbaycanın iki güləşçisi Avropa çempionatının finalına yüksəlib
03.05.2018 [10:10] - İdman
Rusiyanın Kaspiysk şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı davam edir.

İkinci yarış günündə 60, 67, 72, 82 və 97 kiloqram çəki dərəcəsində yunan-Roma güləşçiləri yarışıblar.

Güləşçilərimizdən Rəsul Çunayev 3, Rafiq Hüseynov 2, Murad Məmmədov 1 görüşü qalib başa vuraraq yarımfinala yüksəliblər. Yarımfinal görüşündə Murad Məmmədov İtaliya, Rəsul Çunayev Gürcüstandan olan rəqiblərini üstələyib və finala adlayıblar. Finalda hər iki güləşçimizin rəqibi Rusiya təmsilçisi olacaq.

Rafiq Hüseynov isə Belarus idmançısı ilə görüşdə məğlub olaraq bürünc medal görüşünə haqq qazanıb.

Elman Muxtarov (67 kq) və Orxan Nuriyev (97 kq) təsəlliverici görüşə çıxacaqlar.
Bu xəbər oxucular tərəfindən 507 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed