Şrift:
Geni modifikasiya edilmiş məhsulların araşdırılması üçün Qida Təhlükəsizliyi İnstitutu yaradılacaq
04.05.2018 [10:14] - Gündəm, Sosial
Bu ilin axırlarında Qida Təhlükəsizliyi Agentliyinin tərkibində Qida Təhlükəsizliyi İnstitutu publik hüququ şəxs yaradılması nəzərdə tutulur. Yeni yaradılacaq institutda məhsullar laboratoriyalarda təhlil edilərək onların tərkibi öyrəniləcək, qida təhlükəsizliyi sahəsində elmi-praktik araşdırmalar aparılacaq, elmi prinsiplərə əsaslanan risk qiymətləndirməsi və digər tədbirlər həyata keçiriləcək.

Burada məhsulun bioloji, fiziki-kimyəvi, radioloji, epidemioloji vəziyyət haqqında da geniş təhlillər aparılacaq. Agentlik öz təftiş nəzarətini həyata keçirərək riski təyin etdikdən sonra institutda nümunələrin elmi-praktiki, qiymətləndirmə və təhlükəsizlik göstəriciləri araşdırılacaq və əldə edilən nəticələr agentliyə göndəriləcək.

Bununla yanaşı, institutda layihələr hazırlanacaq, mövcud milli standartlar beynəlxalq standartlara uyğunlaşdırılacaq və bu sahədə sahibkarlara xidmətlər göstəriləcək. İnstitut əsasən geni modifikasiya edilmiş məhsulların müəyyənləşdirilməsi sahəsində araşdırmalar apararaq həmin məhsulların tərkibinin təhlili ilə məşğul olacaq.
Bu xəbər oxucular tərəfindən 653 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed