Şrift:
Paşinyan baş nazir vəzifəsinə namizəd olmaq üçün tələb olunan sayda imza toplayıb
04.05.2018 [10:16] - Gündəm, Siyasət
Ermənistanın müxalifət hərəkatının lideri Nikol Paşinyan Ermənistanın baş naziri vəzifəsinə namizəd kimi irəli sürülməsi üçün tələb olunan parlament deputatlarının üçdə birinin imzasını toplayıb.

Bu barədə jurnalistlərə "Yolk" ("Çıxış") müxalifət blokundan olan deputat Ararat Mirzoyan bildirib.

"Paşinyanın namizədliyi bu gün və ya sabah rəsmən irəli sürüləcək", - A.Mirzoyan vurğulayıb.

Öz növbəsində, "Tsarukyan" blokunun nümayəndəsi, deputat Naira Zöhrabyan təmsil etdiyi blokun 31 deputatından 27-sinin artıq sənədi imzaladığını qeyd edib.

N.Paşinyanın hökumət başçısı postuna namizədliyinin lehinə "Tsarukyan" blokundan əlavə, "Daşnaksütyun" və "Yolk" fraksiyaları da mövqelərini bildiriblər.

Xatırladaq ki, mayın 8-də Ermənistan parlamentində növbədənkənar baş nazir seçkiləri keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 244 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed