Şrift:
Ərtoğrul Sağlamın “Traxtur”da gələcək fəaliyyəti sual altında
04.05.2018 [10:53] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Builki super liqa yarışları yekunlaşdıqdan sonra vətəni Türkiyəyə dönən “Traxtur” komandasının baş məşqçi Ərtoğrul Sağlamın klubda gələcək fəaliyyəti sual altındadır.



Təbriz klubu son bir ildə bir çox problemlə üz-üzə qaldığı üçün Ə.Sağlamın 4 ay müddətində komandaya baş məşqçilik etməsi ciddi müsbət nəticə verməyib, lakin “Traxtur” tərəfdarlarının əksəriyyəti türkiyəli mütəxəssisi komandada görmək istəyir.



Ə.Sağlam Təbrizi tərk etmədən əvvəl klub rəhbərliyinə hələlik dincəlmək istədiyini, lakin yaxın gələcəkdə Təbrizə qayıdıb vəya qayıtmayacağı barədə cavab verəcəyini bildirib. “Təsnim” xəbər agentliyinin yaydığı məlumata görə, baş məşqçi komandada vəziyyətin aydınlaşması və klubun yeni sahibinin kim olacağını gözləyir. Ona görə ki, klub rəhbərliyi mayın 14-dək klubun hərraca çıxarılacağını bildirib. Belə bir vəziyyətdə klubda texniki heyətlə bağlı qərar vermək üçün ən azı iki həftə gözləmək lazımdır.



Bu arada Azərbaycan klubunun müvəqqəti icraçı direktoru Abbas İlyasinin Ə.Sağlamın komandada qalmasına tərəfdar olduğu bildirilir. Deyilənlərə görə, o hətta idarə heyətinin üzvləri ilə müzakirə apararaq bu barədə onların da razılığını əldə edib.
Bu xəbər oxucular tərəfindən 991 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed