Şrift:
Hikmət Hacıyev: İranın nüvə proqramına dair məlumatların Azərbaycan ərazisindən keçirilməsi ilə bağlı xəbər saxtadır
05.05.2018 [10:11] - Xəbərlər, Siyasət
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bəzi xarici KİV-lərdə guya, İranın nüvə proqramına dair məlumatların Azərbaycan ərazisindən keçirilməsi barədə yayılan informasiya ilə bağlı AZƏRTAC-ın sualını cavablandırıb.

H.Hacıyev “Bəzi kütləvi informasiya vasitələrində guya İranın nüvə proqramına dair məlumatların Azərbaycan ərazisindən keçirilməsinə dair informasiya yayılıb. Bu barədə nə deyərdiniz?” sualına belə cavab verib.

“Yayılmış bu informasiya ən ciddi qaydada Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən araşdırılıb. Tam əminliklə bildiririk ki, bu məlumatın həqiqətlə heç bir uyğunluğu yoxdur, sırf saxta (fake) xəbərdir”.
Bu xəbər oxucular tərəfindən 706 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed