Şrift:
Azərbaycan, Türkiyə və Ukrayna Xarici İşlər nazirlikləri arasında birinci üçtərəfli siyasi məsləhətləşmələr keçirilib
05.05.2018 [10:25] - Gündəm, Siyasət
Mayın 4-də Bakıda Azərbaycan, Türkiyə və Ukrayna Xarici İşlər nazirlikləri arasında birinci üçtərəfli siyasi məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, siyasi məsləhətləşmələrə Azərbaycan, Türkiyə və Ukrayna xarici işlər nazirlərinin müavinləri Xələf Xələfov, Ümid Yardım və Vasili Bodnar rəhbərlik edib.

Görüşdə ikitərəfli əsasda üç ölkə arasındakı münasibətlərin mövcud səviyyəsi yüksək qiymətləndirilib. Üçtərəfli formatda siyasi məsləhətləşmələrin yeni əməkdaşlıq imkanları yaradacağına, ölkələrimiz arasındakı ənənəvi dostluğu və tərəfdaşlığı daha gücləndirəcəyinə əminlik ifadə olunub.

Siyasi məsləhətləşmələr zamanı tərəflər beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bu ölkələrin suverenliyinə və ərazi bütövlüyünə dəstək ifadə ediblər. Həmçinin beynəlxalq və regional məsələlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb və nəqliyyat, enerji, iqtisadi-ticarət, təhsil, turizm və terrorizmə qarşı mübarizə də daxil olmaqla digər sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib.

Üçtərəfli siyasi məsləhətləşmələrin müntəzəm əsasda keçirilməsi və bu formatda əməkdaşlığın yüksək səviyyədə davam etdirilməsi barədə razılıq əldə olunub.
Bu xəbər oxucular tərəfindən 584 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed