Şrift:
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
05.05.2018 [10:46] - İqtisadiyyat
Cari ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 12 milyon 765,2 min ton, yük dövriyyəsi isə 2 milyard 745,8 milyon ton-kilometr olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, yüklərin 7 milyon 951,2 min tonu və ya 62,3 faizi avtomobil nəqliyyatı, 2 milyon 939,2 min tonu və ya 23 faizi dəmir yolu nəqliyyatı, 1 milyon 874,8 min tonu və ya 14,7 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 20,3 faizini və ya 2 milyon 586 min tonunu tranzit yüklər təşkil edib.
Bu xəbər oxucular tərəfindən 582 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed