Şrift:
Azərbaycanlı millət vəkili İranda edam oluna bilər
02.07.2012 [02:23] - Güney Azərbaycan xəbərləri
İranda V çağırış parlamentinə Təbriz, Üskü və Tufarqan (Azərşəhr) şəhərlərindən deputat seçilmiş Səməd Qasımpur barəsində çıxarılmış edam cəzası qüvvədə saxlanılıb. İran Ali Məhkəməsi narkotik qaçaqmalçılığında günahlandırılan keçmiş millət vəkili barəsindəki ölüm hökmünü təsdiqləyərək hökmü icrası üçün müvafiq şöbəyə göndərib.

Bundan başqa, Zahidan İnqilab Məhkəməsi 2 nəfər barəsində ölüm hökmü çıxarıb. Onlar 2010-cu ildə Zahidan şəhərində törədilmiş terror aktının təşkilində təqsirləndirilib. Həmin vaxt məscidin partladılması nəticəsində yüzlərlə adam həlak olub və yaralanıb. Hadisə ilə bağlı 4 nəfər həbs olunub, onlardan ikisi edam cəzasına məhkum olunsa da, digər ikisinin taleyi hələlik məlum deyil.
Eyni zamanda Qəzvin vilayətinə bağlı Abyek şəhərində 3 nəfər edam cəzasına məhkum edilib. Onlar narkotik qaçaqmalçılığında günahlandırılıb. Qərarı Abyek şəhərinin ümumi və inqilab məhkəmələri çıxarıb. Məhbuslar yaxın günlərdə Qəzvin zindanında asılacaqlar.
Qeyd edək ki, bir il ərzində Aybek şəhərində 10 nəfər barəsində edam hökmü çıxarılıb.
Bu xəbər oxucular tərəfindən 4230 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed