Şrift:
SVİLİZASİYALARIN YARANDIĞI VƏ QOVUŞDUĞU SİRLİ MƏKAN-AZƏRBAYCAN
12.05.2018 [11:33] - Xəbərlər
Insanın yaranması, Yerdən kənar svilizasiyaların olub-olmaması, yadplanetlilərlə əlaqə, bəşəriyyətin gələcəyi insanları zaman-zaman düşündürən mövzulardandır. Xırdalan şəhər sakini İldırım Kazımov yad planetlilərin onu kənar svilizasiyaya apardığını və orada telepatiya ilə beyninə maraqlı informasiyalar ötürdüklərini Moderator.az belə qeyd edib.

- 1997-ci ilin yanvarın 13-dən 14-nə keçən gecə qeyri-ixtiyari yuxudan oyandım. Gördüm evdə kosmonavt geyimində (skafandrda), boyu təxminən 130-140 sm olan, dizlərində təxminən Azərbaycanın gerbinə bənzər gerb, başındakı kaskada doqquz guşəli, ziq-zaqvari ulduz olan bir canlı varlıq var. Bundan əlavə, boyu təxminən 90-100 sm olan daha iki canlı varlıq da evdə dayanmışdı.

Onları yataq otağımda görəndən sonra, necə oldusa, bir də gördüm ki, başqa bir planetdəyəm. Oradakı gözəlliyi və rahatlığı təsvir etməkdə çətinlik çəkirəm. Hər tərəf tunc və gümüşü rəngdəydi.

Onlar orada mənimlə telepatiya yolu ilə danışırdılar. Beynimə informasiyalar ötürürdülər. Sonra bir də gördüm ki, yenə yataq otağımdayam.

- Fəzalılar sizə hansı informasiyaları ötürdülər?

- Onlar dedilər ki, Yer üzərində canlıları biz yaratdıq. Biz Yerə yeddi irq yaradıb göndərdik:
- İlk yaradılmış insanlar indiki Azərbaycanın Mingəçevir ərazisinə;
- İkinci yaradılmış irq, indiki slavyan xalqlarının yaşadığı ərazilərə;
- Üçüncü irq, monqol irqi, Cənub-Şərqi Asiya ərzisinə;
- Dördüncü irq, Qərbi-Avropa xalqlarının yaşadığı əraziyə;
- Beşinci irq, farsdilli xalqların yaşadığı ərazilərə;
- Altıncı irq - Tövratda və Quranda xəbər verilən Adəmlə Həva;
- Yeddinci irq - qara zənci irqi - indiki Afrika ərazisinə gətirildi.

Azərbaycana gətirilən ilk cütlük Samir və Gülnaz olub. Tanrı onları göz yaşından yaradıb. İlkin mərhələdə onlar göyün birinci qalaktikasında Laç adlanan bir yerdə məskunlaşdırıldılar. Tanrı Samir və Gülnaza 35 dil öyrətdi və 18 yaşına qədər bir-biri ilə yaxınlıq etməyi qadağan etdi.

Lakin onlar 16 yaşa çatanda şərin nümayəndəsi Samiri yoldan çıxardı və Gülnazla yaxınıq etməyi öyrətdi. Gülnaz əvvəl razı olmadı ki, Tanrı bunu bizə qadağan edib, zamanımızı gözləməliyik. Buna baxmayaraq, Samir Gülnazı yoldan çıxardı və onlar yaxınlıq etdilər. Beləliklə, Tanrının qanununu pozdular. Gülnazı bu işə Samir sövq etdi. Bu səbəbdən türkdilli xalqlarda qadın kişidən daha namuslu olur. Onlar etdikləri günaha görə üç ay Tanrıya yalvardılar. Tanrı onları bağışlamadı; göydən uçan bir kosmik gəmi ilə indiki Azərbaycanın ərazisinə endirildilər. Göydən gələn iki canlı məxluq (mələklər) Samirlə Gülnaza yerdəki həyat (yaşam) tərzini, bitkiləri, heyvanları öyrətdilər.
SVİLİZASİYALARIN YARANDIĞI VƏ QOVUŞDUĞU SİRLİ MƏKAN-AZƏRBAYCAN

Gülnazın Samirdən – Turan, Manna, Samrat, Qandar, Yan, Cəlil, Sambay adında yeddi oğlu oldu.
Göydən gətirilmiş kosmik aparatın içərisində daha bir kiçik aparat da var idi. Gələn məxluqlar kiçik aparatı Samirə verib, təkrar göyə qayıtdılar və qayıdanda Samirə bir neçə şeyi qadağan etdilər. Gedib gördülər ki, Tanrı daha yeddi qız uşağı da yaradıb.

Biz hər zaman Yerə nəzarət edirik! Samir yerdə oğlanlarını böyüdür, onların hərəsinə bir dil öyrədirdi. Onlara həmçinin heyvanları, bitkiləri öyrədirdi.
Bir axşam oğlanları oturub ataları ilə söhbət edərkən Turan soruşdu: "Ay ata, bəs biz insanlar necə yaranmışıq?"

Həmin gecə ayparayla ulduz göydə qarşı-qarşıya dayanmışdı. Samir gecələr Ayı və onun qarşısındakı dayanan ulduzu göstərib deyirdi: “Bizi Tanrı yaradıb, bizi oradan gətiriblər” . Uşaqlar göyə baxanda ulduzu kimisi beş guşəli, kimisi isə, səkkiz guşəli görürdü. Uşaqlar böyüdükcə aypara ilə ulduzu torpağa və qayalara çəkirdilər.
Biz göydəki hər qıza bir dil öyrətdik. Onlar 15 yaşa çatanda Yerə gətirdik. Göydə qızların altısı kor idi; təkcə Gita görürdü. Yerə endirəndən sonra qızların altısının da gözlərini açdıq. Gita dedi ki, ora daha gözəl idi.

Göydən gələn mələk geri qayıdarkən, Gitanın alnından öpdü. Sonradan həmin qız öz ailəsi ilə Azərbaycandan Hindistana gedib çıxacaq və məhəbbət nişanəsi olaraq həmişə alnına xal qoyacaqdı.

Aradan 150 il vaxt keçdi. Samir yeddi oğlunun hərəsini göydən gələn qızlardan biri ilə evləndirmişdi. Oğlanlarına hər bir kəsin yalnız öz qadını ilə yaşamasının vacib olduğunu bildirmişdi.

Bu qadağaya baxmayaraq, Manna Tanrının qanununu pozdu və qardaşı Yanın arvadı ilə bir neçə dəfə yaxınlıq etdi. Yan və uşaqları bunu bildilər və Mannanı Kür çayında boğub öldürdülər...
SVİLİZASİYALARIN YARANDIĞI VƏ QOVUŞDUĞU SİRLİ MƏKAN-AZƏRBAYCAN
İnsanın yaranması, Yerdən kənar svilizasiyaların olub-olmaması, yadplanetlilərlə əlaqə, bəşəriyyətin gələcəyi insanları zaman-zaman düşündürən mövzulardandır. Xırdalan şəhər sakini İldırım Kazımov planetlilərin onu kənar svilizasiyaya apardığını və orada telepatiya ilə beyninə maraqlı informasiyalar ötürdüklərini qeyd edir. Onun fikirlərinin ikinci hissəsini şərh vermədən və müdaxilə etmədən oxucularımızın ixtiyarına buraxırıq.

- Samirlə Gülnaz Yerdə 300 il yaşadılar və Samirin gözləri qocalıqdan tutuldu. İti daşla işləyərkən, biləyini kəsdi və canını tapşırdı. Samir, baxmayaraq ki, Yer üzünün ilk peyğəmbərlərindən biri idi, 16 yaşındaikən Tanrının qanunlarını pozaraq, göydə qan tökmüşdü (Gülnazla yaxınlıq etmişdi). Bu günahdan sonra Tanrı onu 300 il yaşatsa da, sonda özü öz qanını tökdü.

Amerikada yaşayan hindular, türkdilli xalqlar, qafqaz xalqları və Pakistan, Hindistan ərazisində yaşayan bir çox xalqlar Samirlə Gülnazın törəmələridir.
Gülnaz ərini o qədər çox sevirdi ki, baxmayaraq, onun da gözləri tutulmuşdu, hər dəqiqə Samiri axtarırdı. Bir gün o Kür sahilində ərini axtararkən, canavar Gülnaza yaxınlaşdı və onu götürərək, yoxa çıxdı.

Bu hadisədən sonra onun oğlanları, nəvə-nəticələri, öz ailələrini götürərək, hərəsi bir istiqamətdə Gülnazın axtarışına çıxdılar. Beləliklə, onlardan bir dəstəsi indiki Şimali Qafqaz ərazisinə, bir dəstəsi indiki Gürcüstan ərazisinə, bir dəstəsi indiki Orta Asiya ərazisinə çatdılar.

Turanla oğlu Türk isə, ailələri ilə birlikdə indiki Ermənistan ərazisinə yetişdilər; hansı ki, canavar Gülnazı o istiqamətdə aparmışdı və Yanın yaşadığı yerə gəlib çıxmışdılar. Onlar Gülnazla bu ərazidə rastlaşdılar və qoca qadını daşla, ağacla vurmağa başladılar. Bu vaxt canavar üzünü göylərə tutub ulayırdı. Sanki, insanların bu vəhşiliyindən Tanrıya şikayət edirdi.
SVİLİZASİYALARIN YARANDIĞI VƏ QOVUŞDUĞU SİRLİ MƏKAN-AZƏRBAYCAN

Canavarın bu ulartısına Turanla, Türk gəlib çıxdılar. Türk və övladları Gülnazı xilas etmək üçün, Yanın başına ağacla, daşla vurmağa başladılar. Qoca Yan qanı axan şəkildə yerə yıxıldı. Yanın uşaqları qanı görəndə qorxdular. Yan, oğlu Haya: dedi “Urartu” -. Qədim ərmən dilində bu sözün mənası “Ə,Turanı vur” deməkdir.
Turanla Türk Gülnazı da götürüb, indiki Türkiyə istiqamətində hərəkət etdilər. Həmin vaxt göydən elə bir dolu yağdı ki, hərəsi bir tərəfə qaçdılar. Gülnazın cəsədi isə, dolunun altında qaldı. Türklər həmin yeri gələcəkdə Anadolu adlandıracaqdılar.

Indiki Mingəçevir ərazisində qalan, göydən gətirilən o kiçik kosmik aparatla bir dəstə qadın, kişi uçaraq indiki Amerika ərazisinə getdilər.İlk yaradılışda insanların elmi indikindən heç də geri qalmırdı. Onlar göydən gəlmiş kosmik aparatları idarə edə bilirdilər.

Yaxın illərdə Yerdəki insanların elmi yenidən elə bir səviyyəyə yüksələcək ki, bir neçə dəqiqəyə başqa planetə köçə biləcəklər.
Daha sonra, Yerdən köçərək, Ayda və Marsda yaşayan insanlar hətda bir-birləri ilə planetlərarası müharibə aparacaqlar. Bu müharibələrin səbəbi planetlərdə olan qiymətli metallar olacaq.

Onlar mənə onu da bildirdilər ki, heyvanların və quşların yaradılmasından Yer kürrəsinə indiki insanların,gətrilməsindən 14 min il keçib.Həmçinin, Yerdə ilk svilizasiya Azərbaycan ərazisindən başladığı kimi, son da burada baş verəcək.

Azərbaycan çox sirli bir ərazidir. Dünyanın hazırda pozulmuş nizamı Azərbaycandan düzələcək. Bunun üçün Azərbaycanda kifayət qədər elm verilmiş adamlar var. Onların təbliğ etdiyi yeni ideyalar Yerdə sülhü, əminamanlığı bərpa edəcək. Bu məqsədlə hər ölkədə fəzalıların öyrətdiyi adamlar var. Salvador Dalinin “Geopolitik uşaq yeni insanın doğumunu seyr edir” adlı rəsm əsəri bu mesajı verir. Yəni, Azərbaycandan doğulacaq yeni bir ideologiyanın bəşəriyyəti öz ətrafında birləşdirəcəyini xəbər verir.

Qeyd: Məqalə İldırım Kazımovun və Moderator.az-ınəlumatları əsasında hazırlanıb.

E. Səlim
Bu xəbər oxucular tərəfindən 667 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed