Şrift:
Baş katib: Özbəkistanın Türk Şurasına qatılması təşkilatın fəaliyyətində yeni dövrün başlanğıcı olacaq
14.05.2018 [10:11] - Xəbərlər
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkəsinin Türk Şurasına qatılması barədə qəbul etdiyi qərar təşkilatın fəaliyyətində yeni dövrün başlanğıcı olacaq.

Bu fikirləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi Ramil Həsənov AZƏRTAC müsahibəsində bildirib.

Baş katib vurğulayıb ki, Şavkat Mirziyoyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Daşkənddə keçirdikləri birgə mətbuat konfransında “bayrağımız Türk Şurasına üzv ölkələrin dövlət bayraqları ilə yan-yana dalğalanacaq”, - söyləməsi təşkilatın bütün üzvlərinin maraqlarına uyğundur. Əslində bu qərar bütün tərəflərin çoxdan bəri gözlədiyi və umduğu siyasi addımdır. Ümidvarıq ki, Türk Şurasına üzv ölkələrin dövlət başçılarının VI Sammitindən sonra qardaş Özbəkistan Respublikası Türk Şurasına yeni nəfəs gətirəcək.



Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 672 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed