Şrift:
Bakı əhalisinə 1 milyard 238,2 milyon manatlıq ödənişli xidmət göstərilib
15.05.2018 [10:29] - Xəbərlər, Sosial
Cari ilin ilk üç ayında paytaxt əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz artaraq 1 milyard 238,2 milyon manat olub.

Bakı Şəhər Statistika Komitəsindən bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 763,2 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətin ümumi dəyərinin 61,6 faizidir.

Qeyri-dövlət sektorunda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,1 faiz azalaraq 959,8 milyon manat olub.

Cari ilin yanvar-mart aylarında şəhərin hər bir sakini orta hesabla ayda 168,5 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 4,7 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
Bu xəbər oxucular tərəfindən 433 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed