Şrift:
Türkiyədə göyərtəsində miqrantların olduğu gəminin batması nəticəsində 7 nəfər ölüb
15.05.2018 [10:43] - Gündəm, Bildiriş
Türkiyənin Çanaqqala vilayətinin Ayvacık rayonunda göyərtəsində qanunsuz miqrantların olduğu gəminin batması nəticəsində 7 nəfər ölüb.

Türkiyə KİV-ləri xəbər verir ki, qanunsuz yollarla Yunanıstanın Midilli adasına getməyə çalışan miqrantlardan həlak olan 7 nəfərin hamısı Əfqanıstan vətəndaşıdır. Ölənlərdən ikisinin uşaq olduğu bildirilir.

Qəzaya uğrayan gəmidəki miqrantlara köməyə gələn balıqçılar 13 nəfəri xilas ediblər. Xilas edilənlər dərhal xəstəxanaya yerləşdiriliblər.
Bu xəbər oxucular tərəfindən 65 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed