Şrift:
Güney Azərbaycan Qurtuluş Partiyasının xaricdəki Qolunun 2.ci Qurultayı Geçirilib!
02.07.2012 [13:17] - Diaspor
Güney Azərbaycan Qurtuluş Partiyasının Dış Qolunun(Xaric) 2.ci Qurultayı Geçirildi!

Əziz Milllətimiz,

Dəyərli soydaşlarımız!

Güney Azərbaycan Qurtuluş Partiyası(GAQP), 23 və 24.iyun.2012 günlərində İsveçin Yötebori şəhərində özünün Dış Qolunun 2.ci qurultayını geçirdi. Çeşidli ölkələrdən qatılan təşkilat mənsublarının ortaqlığında öncədən planlaşmış amaclar incələndi. Çeşidli nədənlərdən qurultaya qatılamayan arxadaşlar intenet aracılığı ilə toplantıya qatıldılar.Qurultayda Güneyin, Quzeyin, bölgənin və dünyanın son durumu ələ alındı. Partiyanın daha artıq dinamikləşməsi üçün dəyişikliklər oldu. Təşkilatın sistem dəyişməsi ön göründü. Mali durumla bağlı rapor verildi. Bölgə nümayəndəliklərin genişlənməsi yolları axtarıldı. Güneydən əlimizə çatan son ekonomik verilərin haqqında geniş müzakirələr olundu. Şovinist fars rejiminin fəlakətli siyasəti üzündən sınırsız bahalıqların baş alıb getməsinin nədənləri və nə sonuca varacağı dartışıldı.Qurultayda aşağıdaki təməl qərarlar aldı:

1. GAQP düzükündə (nizamnamə) dəyişik yapılması üçün 3 nəfərlik redaktə qurupu yarandı.

2. GAQP-də Sözçülük sistemi ləğv olundu. Təşkilatın Başqanlıq sisteminə geçirilməsi onaylandı.

3. Yönətim Qurulu içində çevik Başqanlıq aparatının yaranması ön göründü.

4. Qurtulush.info sitəsinin yenidən dizayn olunması və gündəlik çalışmalara uyğun gəlməsi təsdiqləndi.

5. GAQP-sının6-aylıq bəlli iş planına görə, işçi quruplar yarandı. Bu haqda partiya dışında olan dostlardan da yardım alma yolları ön göründü.

6. İnsan haqları və hüqusal orqanlarla ilişgiyə girmək üçün bəlirgin plan ortaya qoyuldu.

7. Gündəlik internet “Qurtuluş Radio-TV” planının ilk dənəmə aşamasına ayaq qoyması alqışlandı. Hələlik həftə sonlarında 3 saatlıq canlı səs dənəmə olaraq başlanan projənin ikinci aşamada daha obyektiv olması üçün bəlli plan ortaya qoyuldu.

8. Güneydən Qurultayımıza müraciət edib, Günaztv ilə ilişgilərimizin zəyif olması nədənini sorusanlara açıq cəvab verilməsi onaylandı. Yaxın günlərdə “Günaz və Biz” adlı silsiləvi yazıların yazılması siyasi bölümə tapışırıldı.

9. Təşkilatın geniş alanda gəncləşməsi və gənc kadırların yetişməsi planı bəlli oldu.

10. Qurtuluşun gələcək qurultayının qapalı və açıq formalarda geçirilməsi təsdiq olundu.

11. Başqa milli təşkilatlarla iş birliyi, ikili və neçəli əməkdaşlıqlar ilə bağlı qərar qəbul olundu.

12. GAQP-sının bütün media və sitələrə tərəfsiz yanaşması, eyn məsafəni saxlaması bir daha təsdiqləndi. Partiyanın belə özgür və demokratik tutumundan rahatsız olanların haqsız olduğu vurğulandı.

13. Qurultayın sonunda GAQP-sının Yönətim Qurulu bəlli oldu və bölüm rəhbərləri aşağıdaki kimi seçildi:

- Partiya Başqanı: Eldar Qaradağlı.

- Başqanlıq Aparatı: Əslan Urmu, Ş. Arazata, Sərdar Əsədi

- Kültür bölümü: Ə. Urman

- İnsan haqları və hüquq bölümü: Urmulu Atilla

- Üyəlik incələmə: U. Atilla

- Finans və mali bölüm: Əslan Urmu

- Yayın və basın: Ə. Bayramlı

- Təşkilat: Atabay Sulduz

- Araşdırma və informatik: O. Ataman

- Poletika: E. Qaradağlı

- Diş ilişgiləri: Sərdar Əsədi

- GAQP-sının Quzey Azərbaycan sorumlusu: Cavidan Elbas

- GAQP-sının Türkiyə soromlusu: Ş. Arazata

- GAQP-sının Amerika sorumlusu: Rza Sələhşur

Güney Azərbaycan Qurtuluş Partiyası-Yönətim qurulu

2012-06-30
Bu xəbər oxucular tərəfindən 1429 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed