Şrift:
Azərbaycan Milli Elmlər Akademiyası Əmlak Komitəsi ilə birgə torpaq idarəçiliyinə dair müsabiqə elan edir
15.05.2018 [11:12] - Gündəm, Mədəniyyət
Azərbaycan Milli Elmlər Akademiyası və Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Torpaq idarəçiliyi, torpaq tədqiqatı və kadastr sahəsində müasir yanaşmalar: Yeni ideyalar və onların praktiki tətbiqi məsələləri” mövzusunda gənc alimlərin, doktorant və magistrantların ən yaxşı elmi-tədqiqat işləri üçün müsabiqə elan edir.

ƏMDK-dan bildirilib ki, məqalələr və layihələr 2018-ci il sentyabrın 1-dək qəbul edilir. Müsabiqədə gənc alimlər, doktorantlar, magistrantlar və tələbələr iştirak edə bilərlər. Müsabiqə komissiyasının qərarı ilə müsabiqənin nəticələrindən asılı olaraq, ən yaxşı 3 işin müəllifinə diplom və pul mükafatları təqdim ediləcək: I yer – 500 manat; II yer – 300 manat; III yer – 200 manat.

Məqalələr 5-6 səhifə həcmində elektron və çap olunmuş formada AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutuna təqdim olunur (ünvan: Az 1143, Bakı, Hüseyn Cavid prospekti, 115, elektron poçt: zakir_eminov@mail.ru, tel: (050) 590 43 88).
Bu xəbər oxucular tərəfindən 523 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed