Şrift:
Gömrük nəzarətindən gizlədilən külli miqdarda siqaret aşkarlanıb
15.05.2018 [11:15] - Gündəm, Hüquq
Gömrük nəzarətindən gizlədilən külli miqdarda siqaret aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına “VAZ 21013” markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Baxışdan öncə, sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Sonra nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib və avtomobilin sağ və sol qanadlarının altından 3880 ədəd üzərində “Sakurorta” yazısı olan siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 147 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed