Şrift:
İsrail XİN Türkiyənin Qüdsdəki baş konsulundan ölkəni tərk etməsini tələb edib
16.05.2018 [10:25] - Siyasət
İsrailin Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Qüdsdəki baş konsulundan ölkəni tərk etməsini tələb edib.

Bu barədə "Jerusalem Post" məlumat yayıb.

"Baş konsula bir qədər vaxt müddəti ərzində məsləhətləşmələr üçün Türkiyəyə qayıtmaq təklif edilib", - deyə diplomatik idarənin nümayəndəsi bildirib.

Daha əvvəl Türkiyə XİN İsrail səfirinə ölkəsinə qayıtmağı tövsiyə edib. Türkiyə XİN-nin rəsmiləri İsrail səfirinə Ankaranı tərk edərək ölkəsinə qayıtmağı və bir müddət ölkəsində qalmağı tövsiyə ediblər.

İki ölkə arasında diplomatik qarşıdurma Qəzza sektorunda baş verən hadisələrə görə yaranıb. Həmin ərazidə İsrail hərbçiləri ilə toqquşmalarda onlarla fələstinli həlak olub.
Bu xəbər oxucular tərəfindən 31 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed