Şrift:
Azərbaycanın xarici ticarət dövriyyəsində 2,6 mlrd. dollarlıq müsbət saldo yaranıb
16.05.2018 [10:35] - İqtisadiyyat
Azərbaycan bu ilin yanvar-aprel ayları ərzində 153 ölkə ilə 8 677 959,10 min ABŞ dolları dəyərində ticarət əməliyyatı həyata keçirib.

Bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında bildirilir.

Hesabata əsasən, ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 55,1% çoxdur.

Ticarət əməliyyatlarının 3 026 051,23 min dollarını idxal əməliyyatları, 5 651 907,87 min dollarının (hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan xam neft və təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınmaqla) ixrac əməliyyatları əhatə edib. Son 1 ildə idxal 39,8%, ixrac isə 64,8% artıb.

Beləliklə, dörd aylıq ticarət dövriyyəsinin 2 625 856,64 min dollarlıq müsbət saldosu yaranıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.

Yanvar-aprel aylarında Azərbaycandan 1 936 çeşiddə mal ixrac olunub. Ölkəyə idxal olunan məhsul çeşidinin sayı isə 6 401 təşkil edib.
Bu xəbər oxucular tərəfindən 159 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed