Şrift:
Alpaqut Turan döyüş sənəti üzrə açıq Bakı çempionatının qalibləri bəlli olub
16.05.2018 [10:41] - İdman
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Şağan Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş alpaqut Turan döyüş sənəti üzrə açıq Bakı çempionatı keçirilib.

BŞGİBİ-dən bildiriblər ki, yarışda 20 klub və cəmiyyətin idmançıları iştirak ediblər.

Batur sistemi üzrə yarışlarda Polad Talıblı (25 kq), İlkin Məmmədov (30 kq), Sənan Yusifli (32 kq), İbrahim İsrafilov (35 kq), Samir Mustafayev (50 kq), Emil Hüseynov (55 kq), Məftun Xələfzadə (60 kq), Fəqan Rzayev (75 kq), caymaz sistem üzrə mübarizədə İlkin Məmmədov (25 kq), Bəxşiş Davudov (30 kq), Rükət Əsədov (35 kq), Murad Məəmədov (40 kq), Vəli Əliyev (45 kq), Şəhriyar Puri (55 kq) və Aydın Yolçuyev (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Mükafatçılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom medal və kubokla təltif olunublar.
Bu xəbər oxucular tərəfindən 21 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed